"Maska alarkən və ya sizə maska təklif edilərkən çox diqqətli olun, çünki..."

"Maska alarkən və ya sizə maska təklif edilərkən çox diqqətli olun, çünki..."

Ötən həftədən demək olar şəhərdəki bütün aptekləri gəzib hissə-hissə ala bildiyimiz tibbi maskaları bu gün bir az bundan öncə nəhayət Zərdaba yola saldıq. Özüm, ailə üzvlərim, sürücüm, tanış-biliş səfərbər olmuşduq. Əldə etdikcə, yenə də göndərəcəyik. Dövlət, apteklərin tibbi maskalarla fasiləsiz təmini üçün bütün tədbirləri alır. Lakin tələbat böyük olduğu üçün, gələn kimi qısa müddətdə bitir. Bu gün ayrı-ayrı kiçik müəssisələr, ayrı-ayrı vətəndaşlar sexlərdə, hətta, öz evlərində maska istehsal etməyə başlayıblar. Təəssüf ki, bunu daha çox şəxsi mənfəətləri üçün edirlər. Unutmayın! Maska tibbi ləvazimatdır! Onun sanitar-gigiyenik tələblərə, tibbi standartlara cavab verməsi çox vacibdir.

Bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədr müavini, professor Jalə Əliyeva deyib.

“Biz bir tərəfdən virusdan qorunmaq üçün tibbi maska axtarışına çıxarkən, harada və hansı şərtlər altında istehsal edilib-satıldığı bilinməyən maskalardan istifadə etməklə özümüzü və yaxınlarımızı daha çox virusa yoluxdura bilərik. Ona görə də maska alarkən və ya sizə maska təklif edilərkən çox diqqətli olun! Sabah köməkçim Firdovsi Eyvazov, maskaya ehtiyacı olan şəxslərin və müəssilərin siyahısını rayon İcra Hakimiyyətindən alaraq, onları bağlı sellofan torbalarda, steril bir şəkildə olmaqla, icra nümayəndələrinin iştirakıyla paylamağa başlayacaq. Yaxın günlərdə daha bir partiya tibbi maskanı isə Ucarın kəndlərinə göndərəcəyik. Xəstələnməyin! Sağlam qalın!”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.

Etikxeber.az

Mənbə: moderator.az