Pentaqon koronavirusla bağlı statistikanın yayılmasına qadağa qoydu

Pentaqon koronavirusla bağlı statistikanın yayılmasına qadağa qoydu

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyi ABŞ və digər yerlərdə yerləşən bütün hərbi bazalara və komandanlıqlara xəbərdarlıq edib.

Xəbərdarlıqda bildirilib ki, ABŞ ordusunda koronavirusla bağlı statistik məlumatları yaymaq dayandırılsın.

Pentaqon rəsmisi Alis Farah verdiyi açıqlamada döyüş bölmələri, hərbi bazalar və ABŞ Müdafiə Nazirliyinin digər bölmələri üçün statistik məlumatların açıqlanmayacağını söyləyib.
ABŞ rəsmisinin sözlərinə görə, koronavirusunun qurbanları haqqında statistika ABŞ Müdafiə Nazirliyinin tabeliyindəki qurumlara və agentliklərə veriləcək.

Mənbə: eastnews.org