“Tramp Putinlə danışdıqdan sonra...” – Ağ Evdən kritk açıqlama

“Tramp Putinlə danışdıqdan sonra...” – Ağ Evdən kritk açıqlama

“Hamımızın həyatını təhdid edən ortaq düşmənə qarşı birgə mübarizə aparmağın zamanı gəldi”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus deyib.Ortaqus koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Rusiyanın ABŞ-a tibbi yardım etməsinə münasibət bildirib:

“ABŞ Prezidenti Donald Tramp və Rusiya dövlət başçısı Vladimir Putin arasında martın 30-da baş tutan telefon danışığından sonra ABŞ Rusiyadan lazım olan tibbi avadanlıqları satın almaq barədə qərar qəbul edib. Hər iki ölkə bundan əvvəlki humanitar böhranlar zamanı bir-birinə kömək edib. Bu, gələcəkdə də davam edəcək. Hamımızın həyatını təhdid edən ortaq bir düşmənin öhdəsindən gəlmək üçün birgə mübarizə aparmağın vaxtı gəlib çatıb”.

 

 

Mənbə: teleqraf.com