Filippinin Livandakı səfiri koronavirusdan öldü

Filippinin Livandakı səfiri koronavirusdan öldü

Fillipinin Livandakı səfiri Bernardita Katalla COVID-19-un qurbanı olub.

“Report” xəbər verir ki, bunu Filippinin Xarici İşlər Nazirliyi açıqlayıb.

“Xarici İşlər Naziriliyi dərin kədər hissi ilə Filippinin Livandakı səfiri Bernardita Katallanın COVID-19 səbəbilə vaxtsız ölümünü elan edir”, - XİN-in açıqlamasında bildirilib.

Qeyd edək ki, B.Katallanın 62 yaşı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 937 160-ı ötüb. Bunların 195 143 nəfəri sağalıb, 47 267 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mənbə: report.az