Aprel döyüşlərində iştirak edən erməni döyüşçülərin bu gün də bir çox problemləri var

Aprel döyüşlərində iştirak edən erməni döyüşçülərin bu gün də bir çox problemləri var

“4 il keçməsinə baxmayaraq, Aprel döyüşlərinin iştirakçılarının bu gün də bir çox problemləri var”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Dirkapah” Birliyinin sədri Manuel Manukyan deyib.

O qeyd edib ki, Aprel döyüşlərində iştirak edən erməni döyüşçülərin təhsil haqları, hərbi biletlərində qeydlər və onlara qarşı tətbiq olunan digər imtiyazlarla bağlı bir çox problemləri var.

“Bu problemlər tərəfimizdən qaldırılıb və təqdim olunub, lakin konkret köklü həllər verilməyib. Bu, fərd və şəxsin məsələsi yox, hekayədir. Bu hekayə yazılmalıdır. Hərbi qulluqçunun hərbi biletində bu qeyd edilmirsə, qəbuledilməzdir”, - deyə Manukyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az