Paşinyan Aprel müharibəsindən danışdı, ancaq ərazi itirdiyini xatırlamadı

Paşinyan Aprel müharibəsindən danışdı, ancaq ərazi itirdiyini xatırlamadı

Hökumətin bugünkü iclasının əvvəlində baş nazir Nikol Paşinyan Aprel müharibəsi mövzusuna müraciət edərək yenə sərsəm açıqlamalar verib. O, bununla bağlı müxtəlif qiymətləndirmələrin səsləndirildiyini deyib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, o, qeyd edib ki, müharibə əsas suala cavab verib.

“Sual isə budur: “müstəqil olan bir qurumun” nəsli ölkənin suverenliyini və təhlükəsizliyini nə dərəcədə müdafiə edə bilir. Bu sualın cavabı daha aydın idi, çünki müstəqillik nəsillərinin əsgərləri bütün suallara cavab verərək cəsarət nümunələri oldular. Ermənistan, Qarabağ – bütün erməni xalqı əmin olmalıdır ki, Dağlıq Qarabağ mübarizəsinin ilk nəslini əvəz edən yeni nəsil yetişib və o, “vətənin” keşiyində qətiyyətlə durmağa hazırdır”, – deyə baş nazir bildirib.

Haşiyə: Lragir.am saytında dərc edilən bu yazını olduğu kimi yayımladıq. Bir daha əmin olduq ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını öz vətənləri hesab edirlər və qoruyacaqlarına söz verirlər.

Maraqlıdır, Paşinyan Aprel müharibəsində itirdiyi ərazilərdən və ölən hərbçilərindən niyə bir kəlmə belə söz açmayıb?

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az