NATO tarixində ilk

NATO tarixində ilk

NATO tarixində ilk dəfə Xarici İşlər Nazirlərinin iclası koronavirusun yayılması səbəbiylə video əlaqə vasitəsilə keçiriləcək.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun da qatılacağı iclasın əsas gündəm mövzusu koronavirus pandemiyası olacaq.

İclasda, həmçinin NATO-nun gündəliyindəki məsələlər, xüsusilə ittifaqın siyasi rolunun gücləndirilməsi və eyni zamanda Əfqanıstan və İraqdakı vəziyyət müzakirə ediləcək.

Mənbə: qafqazinfo.az