Tacikistanda koronovirus niyə yoxdur- karantindəkilər evə gedib - gəlir!

Tacikistanda koronovirus niyə yoxdur- karantindəkilər evə gedib - gəlir!

Türkmənistanda isə “korona” sözünə görə adamı həbs edirlər

Dünyanın əksər ölkələri koronovirus bəlası ilə üzləşdiyi bir vaxtda, aprelin 1-də Ümumdünya Səhiyyə Təşkilatı belə bir xəbər yayıb: Tacikistan Səhiyyə Nazirliyinin məlumatına görə, respublikada bir nəfər də olsun koronavirus xəstəliyi qeydə alınmayıb. Heyrət! Yoxsa, bu bir zarafatdır!

Xəstəliyin Çinin qonşu dövlətlərinə, hətta min kilometrlərlə uzaq ölkələrdə can almaqda davam etdiyi vaxtda, Orta Asiyada taciklər necə özlərini qoruyur axı? Ola bilsin ki, ölkə vaxtında sərhədinin bağlayıb və buna görə də indi şanslıdır. Rusiya KİV-ləri yazır ki, respublikada heç kim COVID-19-un taciklərə bulaşmamasına inanmır.

Birincisi, o səbəbdən ki, "tacı" müəyyənləşdirmək üçün yetərli sayda test demək olar ki, yoxdur. 10 milyon əhalisi olan ölkədə cəmi 2 min test var. Bundan əlavə, qonşu Çində daxil pandemiya səbəbindən evə qayıtmalı olan minlərlə tacik miqrant arasında yüzlərlə adam koronavirus daşıyıcısıdır. 5 min 500-dən çox adam saxlanma şəraiti ən aşağı olan karantinlərdədirlər. Ölkənin Səhiyyə Nazirliyi, xaricdən gələn üçün yerlərinin olmadığını deyir, hotellər və istirahət evlərini onlar üçün ayırmağa həvəs göstərmir. Daha bir şok xəbərə hazır olun: şəraitsizlik səbəbindən karantində olanlar evlərinə gedib-gəlirlər!

Tezliklə məktəblər və universitetlərin məcburi tətilləri başa çatacaq və hökumət bunu uzatmaq fikrində deyil. Bu isə o deməkdir ki, səhiyyənin çox aşağı səviyyədə olan Tacikistanda qarşısıalınmaz epidemiya başlaya bilər. Buna görə Tacikistanda "tacı" olan xəstələrin olmaması xəbərlərinə inanmamaq lazım.

Tacikistan “möcüzəvi şəkildə” infeksiyanın qarşısını almağa “müvəffəq olsa” belə, iqtisadiyyatda ciddi geriləmələrin olacağını etiraf etmək zorundadırlar. Turizmlə birbaşa və ya dolayısı ilə əlaqəli bütün sahələrin işçiləri ödənişsiz məzuniyyətə göndərilibilər. Keçən il büdcə gəlirləri də daxil olmaqla, respublika turizm sektorundan bir milyard dollara yaxın gəlir əldə etmişdisə, bu il taciklər o məbləği itirəcəkdir. Pandemiya səbəbindən tacik miqrantların ölkəyə pul göndərməsinin gözləmək lazım deyil. Yada salaq ki, tacik miqrantlar ən çox Rusiyadadır. Ümumiyyətlə, onsuz da kasıb taciklərin alıcılıq qabiliyyəti son vaxtlar çox azalmışdır. İnflyasiyanın yüksək səviyyədə olması fonunda qiymətlər kəskin artıb.

İxrac imkanlarına gəlincə, ölkə əsasən pambıq, alüminium, bəzi tikinti materialları, qiymətli daşlar, elektrik enerjisi satmaqla pul qazanır - ilin əvvəlindən son dörd malın ixracı tələbin azalması səbəbindən demək olar ki, azalıb. Türkmənistanda isə ən anlaşılmaz vəziyyətdir- koronavirusun mövzusu burada tabudur. Küçədə “koronovirus” sözü işlətsən bu sənin həbsin ilə nəticələnə bilər. Hakimiyyət respublikada hərəkəti məhdudlaşdırmaq da daxil olmaqla müxtəlif önləyici tədbirlər görür. Məsələn, ictimai yerlərdə insanlar temperaturu ölçürlər. Bir bölgədən digərinə köçərkən ağciyərlərin rentgeni və qan testinin nəticəsini təqdim etmək lazımdır.

Martın 16-dan etibarən isə Qazaxıstanda fövqəladə vəziyyət rejimi tətbiq olunub. Bir neçə şəhərdə karantin rejimi qoyulub. Tacikistan və Türkmənistandan fərqli olaraq Qazaxıstan xəstəliklə bağlı məlumatları gizlətmir. Belə ki, rəsmi məlumata görə, bu ölkədə 325 COVID-19 hadisəsi qeydə alınıb. Bir neçə nəfər sağalıb, bir qadın vəfat edib. Martın 30-dan aprelin 5-dək Nur-Sultan və Almatıda bütün müəssisə və təşkilatların fəaliyyəti dayandırılıb. Fövqəladə vəziyyət rejiminin pozulmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur.

Mənbə: cia.az