“Müxtəlif xarici ölkələrdə 35 Gürcüstan vətəndaşına koronavirus diaqnozu qoyulub və onların da 5-i ölüb”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Gürcüstanın xaricdəki səfirləri ilə mütəmadi əlaqə saxlayır: “Təqdim olunan məlumatlara əsasən xaricdə koronavirusa yoluxan Gürcüstan vətəndaşlarının sayı durmadan artır”.
Mənbə: report.az