Azərbaycanda komendant saatının tətbiqinə hazırlıq gedir? – DEPUTATDAN AÇIQLAMA

Azərbaycanda komendant saatının tətbiqinə hazırlıq gedir? – DEPUTATDAN AÇIQLAMA

"Hər şeyinsanların davranışından və Nazirlər Kabineti Yanında Operativ Qərargahın tələblərinənecə əməl etmələrindən asılı olacaq”.

Sfera.az-aaçıqlamasında bu sözləri koronavirus təhlükəsi fonunda sosial şəbəkələrdə Azərbaycandakomendant saatının tətbiqi vacibliyinin gündəmə gətirilməsinə münasibət bildirərkənMilli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputatınsözlərinə görə, bu istiqamətdə Azərbaycan dövləti şəraitə adekvat şəkildəaddımlar atır: "Azərbaycandövləti ümumbəşəri bəlaya çevrilmiş bu virusa qarşı mübarizədə ardıcıl,sistemli və önləyici addımlar atır. Dövlətimizin həyata keçirdiyi tədbirlər şəraitəadekvat şəkildə olur. Fikir verirsinizsə,atılan addımlar getdikcə sətrləşir.Yaranmış vəziyyətdə sosial şəbəkələrdə müzakirə olunan komendantrejiminin tətbiqi məsələsi yəqin ki, pandemiyaya qarşı mübarizə prosesində məsuliyyətməsələsinə bəzi insanların yanlış düşüncə ilə yanaşması reallığından qaynaqlanır. "Evdə qal” tələbinə əməl edənlərin sayı nə qədərçox olsa da, yenə də onu pozanlar olur”.

E. Nəsirovbildirdi ki, komendant rejimi Fövqəladə Vəziyyət Haqqında Qanunda öz əksinitapıb: "Fövqəladə vəziyyət tətbiq edilərkən məhz onun ən mühüm komponentlərindənbiri də komendant saatının tətbiqi məsələsidir. Ona görədə hesab edirəm ki, müəyyən insanların məsuliyyətsizliyi, bu qədər tələb vəkarantin rejiminin sərtləşdirilməsinə baxmayaraq yenə də məsuliyyətsizyanaşmalar davam edərsə, proseslər komendant rejiminin tətbiqinə doğru gedə bilər.Novruz Bayramı ilə bağlı xalqa müraciətində Azərbaycan Prezidenti İlham Əliyevvurğuladı ki, məsuliyyətsiz hərəkətlər davam edəcəyi təqdirdə, təhlükəsizliyintəmini üçün fövqəladə vəziyyətin tətbiqi də istisna olmaya bilər. Hər şeyinsanların davranışı və Nazirlər Kabineti Yanında Operativ Qərargahın tələblərinənecə əməl etmələrindən asılıdır”.

Elçin

Sfera.az

Mənbə: sfera.az