İraq ordusunun rəsmisi ABŞ-ın hərbi bazalardan çıxmasından danışdı

İraq ordusunun rəsmisi ABŞ-ın hərbi bazalardan çıxmasından danışdı

Eastnews.org-un verdiyi xəbərə görə, İraq Müdafiə Nazirliyinin mətbuat katibi Yəhya Rəsul ABŞ hərbi qüvvələrinin İraqdan çıxmalarını şərh edib.

Yəhya Rəsul açıqlamasında vurğulayıb ki, ABŞ-ın hərbi qüvvələrinin bazalardan çıxması İraq təhlükəsizliyinə təhdid olmayacaq.

"Bu hadisələr İŞİD ilə mübarizədəki hərbi əməliyyatlara da təsir etməyəcək. İraq ordusu terrorçularla mübarizə aparacaq gücdədir", - deyə Yəhya Rəsul diqqətə çatdırıb.

O, qeyd edib ki, İraq ordusu bu gün əvvəlkindən daha hazırlıqlı və güclüdür.

Mənbə: AlAlam

Mənbə: eastnews.org