Deputat ABŞ-ın suverenliyi pozduğunu vurğuladı

Deputat ABŞ-ın suverenliyi pozduğunu vurğuladı

Eastnews.org-un verdiyi xəbərə görə, İraq Parlamentinin deputatı Məhəmməd əl-Bəldavi ABŞ-ın son hərbi addımları ilə bağlı açıqlama verib.

Deputat vurğulayıb ki, ABŞ İraqa "Patriot" sistemlərini quraşdıraraq bu ölkənin suverenliyini pozub.

"İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanı Adil Əbdülmehdinin son açıqlamaları ABŞ-ın planlarını ortaya qoydu. ABŞ İraqı bölmək istəyir", - deyə Məhəmməd əl-Bəldavi diqqətə çatdırıb.

O, qeyd edib ki, ABŞ İraqda xaos yaratmaq üçün muzdlu terrorçulardan və cinayətkarlardan istifadə edir.

Mənbə: eastnews.org