Kəlbəcərdə güllər yox, güllələr daha çox açılırdı, gözəl təbiətindən ölüm qoxusu gəlirdi

Kəlbəcərdə güllər yox, güllələr daha çox açılırdı, gözəl təbiətindən ölüm qoxusu gəlirdi

...Artıq neçə ildir Kəlbəcər erməni əsirliyindədir. Artıq neçə ildir ermənilər həyasızcasına bu bölgəni Karvaçar adlandırır.Nə qədər ağrılı olsa da, gəlin Kəlbəcərin son gününü yada salaq.Bir şeyi yaddan çıxarmıyaq, biz hamımız müharibə adlanan bu qanlı oyunun ehtiyat oyunçularıyıq.

Tale elə gətirmişdi ki, Kəlbəcər işğal olunmamışdan az əvvəl, mən bir toyda iştirak eləmişdim. Kəlbəcərin son toylarından birində...Müharibə bölgəsində toy... İnsanların daxili narahatçılığı da...gəlin maşını da...o maşının sürücüsü də...bir sözlə ilk baxışdan görünən hər şey bu bölgənin müharibə şəraitində yaşadığından xəbər verirdi...Kənd caamatı real həyatın narahatçılığını bir anlığa unudub, toyda çalınan musiqinin sədaları altında qol qaldırıb oynayırdılar...Onlar bir azdan taleyin- daha dəqiq desəm erməni işğalçılarının bu bölgənin insanlarına, lap elə bütün Azərbaycana "toy" tutacağından xəbərsiz idilər.Azərbaycan bu dırnaqarası toya hazır deyidi. Bunun siyasi və hərbi səbəbləri də vardı...Erməni müharibə hazırlığında... bizsə müstəqilliyin romantik eyforiyasında...Sanki müstəqillik bizi bütün problemlərdən azad eləmişdi...Müstəqilliyin qazancını görür, məsuliyyətinisə dərk eləmirdik...

Qayıdaq Kəlbəcərə...Əslən Kəlbəcərdən olan, Röyterin reportyoru Xalid Əsgərov da öz doğma yurdunun işğalına şahid olub.Nə qədər ağrılı və əzablı olsa da gördüklərini lentə köçürüb...Həmin hadisədən neçə il ötsə də Xalid danışa bilmirdi,sanki hələ də öz doğma yurdunu itirdiyinə inanmaq istəmirdi...Ermənilərin top atəşindən viranə qalan- dağılmış ata ocağı... həmin ocaqdan ayrıla bilməyən biçarə atası...

Xalid qol qaldırıb həm öz dərdini,həm də Azərbaycanın dərdini çəkirdi. Kameranın çəkdiyi həmin anlarda Xalid də çəkirdi-olmazın iztirabını...

Həmin illər Qafqaz qan çanağına dönmüşdü.Röyter agentliyinin reportyoru Xalid Əsgərov qaynar nöqtələrdə olub baş verən hadisələri dünyaya çatdırırdı.O bir dəfə çəkilişə gedəndə minaya düşüb kontuziya da almışdı..,Xalid dəfələrlə ən qaynar,odlu-alovlu bölgələrdə çəkilişlər aparıb,sözün həqiqi mənasında ölümlə üzbəüz dayanmışdı...Dediyinə görə Kəlbəcərin-öz doğma yurdunun işğalını lentə almaq onunçün cəhənnəm əzabından betər olub.O həmin hadisəyə nə öz gözləriylə,nə də kameranın güzüylə baxa bilmirmiş.

Həmin vaxt baharın ilk günləriydi.Təbiət cana gəlir,adamlarsa can götürüb gedirdilər. Çünki Kəlbəcərdə güllər yox, güllələr daha çox açılırdı.Buranın gözəl təbiətindən ölüm qoxusu gəlirdi....

Həmin gün qar da yağırdı, güllə də, göz yaşları da...Bu yağmurlu havanın bütün səhnələri faciəliydi...Bu təsvirlərə baxmaq da ,o anların dəhşətini yaşayanların halını təsəvvir eləmək də çox çətindir...

Kəlbəcərin işğal olunma səbəblərindən çox danışmaq olar.Mən yalnız bir səbəbdən danışacam.Biz müharibəyə tam hazır deyildik....Əsgərlərimizdə vətənpərvərlik ruhu həmişə yüksək olub.Cəbhə bölgəsinin hər nöqtəsində bunu görmək olardı.Mən özüm dəfələrlə bunun şahidi olmuşdum və lentə almışdım.Vətənpərvərlik ruhu vacib məsələdir...Amma ən vacibi döyüş hazırlığıdır.Düşmən bütün sahələrdə uzun müddət buna hazırlaşmasına baxmıyaraq, eyni zamanda muzdlu, professional hərbiçilərin güçündən- havadarlarının texnikasından, bütün potensialından istifadə eliyirdi. Bir sözlə əsgərlərimizdə vətənpərvərlik ruhu yüksək, döyüş hazırlığı isə aşağı idi...

Məkrli və hiyləgər düşmən uzun illər özünü bu müharibəyə hazırlamışdı,hətta havadarlarını da bu işə razı salıb,sövdələşmişdi.Həmin hamilər hətta istiqaməti və hədəfi də özləri göstərirdilər.

Doğrudan da qaliblər mühakimə olunmur.Bu dırnaqarası qalibiyyətə- işğala görə ermənilərə gözün üstə qaşın var deyən olmadı. Özgə torpaqlara tikilən gözlər ovulmadı.Nəhayət biz bəd nəzərlə baxan o gözlərin xam xəyal gördüyünu sübut etməliyik...

Kəlbəcər həmişə tutduğu mövqeyindən və səlahiyyətindən asılı olmayaraq ən ali insandan,ən adi vətəndaşa kimi hamının ağrılı yeri olub.

Kəlbəcərin işğalı hamımızı ağrıdır.Amma bu ağrının ağırlıq mərkəzi qəddimizi əyməməlidir...Ermənilər bir həqiqəti unutmamalıdır.Bu müharibənin qələbəsi də,məğlubiyyəti kimi müvəqətidir.

Aprel döyüşləri vaxtı Azərbaycan ordusunun gücünü təkcə Ermənistan yox, həm də bütün dünya gördü.Zaman göstərdiki , ordumuz zəfər yürüşünə tam hazırdır....Son hadisələr bir daha sübut etdiki, Respublikanın Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev həmişə olduğu kimi xalqın yanındadır.Biz də bir vətəndaş kimi onun yanında olmalı və problemlərin həllində ona kömək etməliyik.Bu işdə hamı bir və tən olmalıdır! Çünki vətən bir olmalıdır !

Müəllifi olduğum "Kəlbəcərin son günü..." sənədli filmi aprelin 2-də- bu axşam saat 21-45-də ARB televiziyasında efirə gedəcək.

Mübariz Əsgərov

əməkdar jurnalist

 

Mənbə: moderator.az