“O, Avropa Birliyini “ilanlar və çaqqallar mağarası”na bənzədib" - Yaqub Məmmədovdan ilginc FİKİRLƏR

“O, Avropa Birliyini “ilanlar və çaqqallar mağarası”na bənzədib" -  Yaqub Məmmədovdan ilginc FİKİRLƏR

“Fikrimcə,bu, həm iqtisadi, həm siyasi, həm də geosiyasi bir məsələdir. Burada qlobal məsələlərvar”

Moderator.azxəbər verir ki, bunu keçmiş Ali Sovetin sədri, tibb üzrə professor Yaqub Məmmədovkoronavirusun yaratdığı yeni şərtlərlə bağlı “Azpolitika.info”ya verdiyimüsahibədə deyib.

Pandemiyanınyaratdığı iqtisadi-siyasi vəziyyəti maraqlı mülahizələrlə şərh edən Y. Məmmədovbildirib ki, burada çox böyük maraqlar, xüsusilə də transmilli korporasiyalarınmaraqları görünür:

“Mənimfikrim odur ki, buna ancaq tibbi-bioloji məsələ kimi yanaşmaq doğru olmazdı...

Təbiiki, burada problemin süni yolla yaradıldığının əlamətləri var... Diqqət edin,bu pandemiya məsələsi ortaya çıxdı və paralel olaraq neftin qiyməti dünyabazarında kəskin şəkildə endi. İndi də görürsünüz ki, virus sürətlə dünyadayayılır, ölkələr arasında ziddiyyətlərə səbəb olur”.

Professorpandemiyadan sonrakı dünyada xeyli dəyişikliklərin olacağını və yeni münasibətlərsisteminin yaranacağını söyləyib:

“Çoxgüman ki, yeni sistemlər qurulacaq, yeni münasibətlər yaranacaq. Bu pandemiyafaktiki olaraq dünyada qloballaşmanı dağıtdı. Avropaİttifaqının nə vəziyyətdə olduğunu görürsünüz. Bir-birinə yardım etmək əvəzinə,dövlətlər öz sərhədlərini bağladı. Baxmayaraq ki, onların vahid valyutalarımövcud idi, problemləri vahid formada qaldırır və onların həllinə çalışırdılar.Görünür, bundan sonra dünyada yeni düzən olacaq.

Müşahidələr göstərir ki, Çin dövləti buna görə, birmənalışəkildə Amerikanı günahlandırır. Qarşı tərəf də əksinə, Çini ittiham edir.İtaliyanın baş nazirinin müavini vəzifəsini daşımış Matteo Salvini AvropaBirliyini “ilanlar və çaqallar mağarasına” bənzədib. Hətta deyib ki, “pandemiyatəhlükəsi aradan qalxsın, sonra onlarla haq-hesab çəkəcəyik.

Məncə, müəyyən dövrdən sonra bir sıra məsələlər aydınlaşacaq”.

Mənbə: moderator.az