Səudiyyə OPEK+ üzvlərinin təcili iclasını çağırdı

Səudiyyə OPEK+ üzvlərinin təcili iclasını çağırdı

Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması üzrə OPEK+ iştirakçılarının və digər ölkələrin təcili iclasını çağırıb.

Axar.az xəbər verir ki, bu barədə SPA agentliyi məlumat yayıb.

“Krallıq OPEK+ və bir sıra digər ölkələrin iştirakı ilə neft bazarında arzuolunan tarazlığı bərpa edəcək ədalətli razılığa gəlmək üçün təcili iclas çağırır. Bu müraciət Krallığın bu müstəsna şərtlərdə qlobal iqtisadiyyatı dəstəkləmək üçün səylərinə uyğundur və ABŞ Prezidenti Donald Trumpın və dostlarının istəyinə hörmətlə yanaşmağının göstəricisidir”, - deyə bildirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ərəbistan və Rusiya ilə neftin qiymətinin qaldırılması ilə bağlı danışıqlar apardığını və yaxınlarda görüş nəzərdə tutulduğunu açıqlasa da, Kreml görüşü istisna etmişdi.

Mənbə: axar.az