Çin epidemiyanın əsl miqyasını gizlədib — Amerika kəşfiyyatı

Çin epidemiyanın əsl miqyasını gizlədib  — Amerika kəşfiyyatı

ABŞ xüsusi xidmət orqanları, Çinin koronavirusun ölkəsində yayılma dərəcəsini bilərəkdən gizlətdiyini iddia edirlər.

“Ölkə.Az” xəbər verir ki, onlar Çin hökümətini həm yoluxanların, həm də ölənlərin sayını gizlətməkdə günahlandırıb. Belə məlumatlar ötən həftə Ağ Evdə təqdim olunan gizli hesabatda yer alıb. Bu barədə məlumatı gizli mənbələrə istinadən Bloomberg yayıb.

Hesabatın gizli olduğu və tam məzmunu haqda ətraflı məlumat olmadığı bildirilib. Sənədə görə, Çin rəsmi məlumatları saxtalaşdırıb.

Məlumatda Çinlə yanaşı İran, Rusiya, Şimali Koreya, Səudiyyə Ərəbistanı və Misirin də açıqladığı rəqəmlərin şübhəli olduğu vurğulanır.

Mənbə: olke.az