Daha bir ölkədən Qarabağla bağlı dəstək

Daha bir ölkədən Qarabağla bağlı dəstək

Monteneqro Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” pisləyən mövqe nümayiş etdirib.

Axar.az xəbər verir ki, bu barədə nazirlik rəsmisi Tvitter hesabında bildirib.

Qeyd olunub ki, Monteneqro ATƏT-in Minsk Qrupunun və həmsədrlərinin status-kvonun xaricində və hərtərəfli, davamlı sülh naminə əsaslı danışıqlarda irəliləyişə nail olmaq səylərinə qətiyyətli dəstəyini bir daha bəyan edir. 2020-ci il martın 31-də Dağlıq Qarabağda keçirilən qondarma “prezident və parlament seçkiləri” bu məqsədə xidmət etmir və ya Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə, ya da davam edən danışıqlar prosesinin nəticələrinə təsir edə bilməz.

Mənbə: axar.az