Portuqaliya parlamenti karantin rejiminin aprelin 17-dək uzadılmasına razılıq verib

Portuqaliya parlamenti karantin rejiminin aprelin 17-dək uzadılmasına razılıq verib

Lissabon, 3 aprel, AZƏRTAC

Portuqaliya Respublikasının Assambleyası COVID-19 pandemiyası ilə əlaqədar ölkə Prezidenti Marselu Rebelu di Sozanın karantin rejiminin müddətinin aprelin 17-dək uzadılması təklifini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı profilaktikanın səviyyəsinin yüksəldilməsinin vacibliyini təsdiqləyir. Əks halda indiyədək göstərilən səylər hədər gedəcək. O vurğulayıb ki, görülən tədbirlərin ilkin nəticələri seçilən strategiyanın uğurunun göstəricisidir.

Mənbə: azertag.az