İtaliyalı nazir ölümlərdən deyil, bundan narahatdır

İtaliyalı nazir ölümlərdən deyil, bundan narahatdır

Koronavirus pandemiyasının dünyada geostrateji balansı dəyişdirəcəyini hesab etmirəm.

Axar.az xəbər verir ki, bu sözləri İtaliya Xarici İşlər naziri Luici Di Mayo deyib.

“Düşünmürəm ki, geostrateji balansda tərpəniş olacaq. Məni ən çox pandemiyanın dünya iqtisadiyyatın necə təsir göstərəciyi narahat edir”, - deyə XİN rəhbəri bildirib.

Di Mayo Çin və Rusiya ilə yanaşı, Albaniya, Kuba, Polşa, Fransa və Almaniyanın ölkəsinə yardım etdiyini vurğulayıb:

“İtaliya həmişə Qərblə Şərq arasında körpü rolunu oynayıb”.

Mənbə: axar.az