Türkiyə ordusu terrorçu qrupu zərərsizləşdirdi

Türkiyə ordusu terrorçu qrupu zərərsizləşdirdi

Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG silahlılarından ibarət qrupu zərərsizləşdirib.

Cebhe.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilir.

Qeyd edilir ki, terrorçular Tal-Rıfat rayonundan Türkiyə hərbçilərinə hücum əməliyyatı hazırlayırmış.

“Fərat qalxanı” əməliyyatı zonasında yerləşən türk hərbçilərinə Tal-Rıfat rayonundan hücum hazırlayan PKK/YPG-nin 14 terrorçusu zərərsizləşdirilib”, – deyə xəbərdə bildirilir.

Mənbə: cebhe.info