Donald Tramp qərar verdi: “N95” maskaların istehsalı nəzarətə götürülür

Donald Tramp qərar verdi: “N95” maskaların istehsalı nəzarətə götürülür

ABŞ Prezidenti Donald Tramp “soyuq müharibə” zamanı qəbul olunan və həyati əhəmiyyətli istehsal məhsullarının ixracını qadağan etməyi nəzərdə tutan “Sənaye Müdafiəsi Qanunu”nu işə salıb.

Cebhe.info xarici KİV-ə istinadən xəbər verir ki, qanuna əsasən, 3M şirkətinin istehsal etdiyi “N95” maskalarının istehsalı və paylanılması dövlət nəzarətinə götürülüb.

Buna səbəb isə ABŞ-ın hazırda koronavirusdan ən çox əziyyət çəkən dövlət olmasıdır.

Beləliklə, maskalar Fövqəladə Halların İdarə Olunması üzrə Federal Agentliyə satılacaq.

Maskaların istehsalı və paylanılmasına agentlik nəzarət edəcək. İstehsalın ilk növbədə daxili ehtiyacı ödəməsi nəzərdə tutur.

Əli Bədir
Cebhe.info

 

 

Mənbə: cebhe.info