Döyülən erməni əsgər hospitala yerləşdirilib

Döyülən erməni əsgər hospitala yerləşdirilib

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən hərbi qulluqçular arasında nizamnamədənkənar münasibətlər zəminində baş verən daha bir cinayət hadisəsi ortaya çıxıb. Ordu.az xəbər verir ki, Xidmət yoldaşlarının “xahişini” yerinə yetirməkdən imtina edən əsgər təhqirə məruz qalıb və nəticədə dava düşüb.

Məlumatda görə, düşmən ordusunun Madagiz yaşayış məntəqəmizdə yerləşdirilən minaatan divizionun əsgəri Eduard Kolonyan xidmət yoldaşlarının haqsız tələblərini yerinə yetirməkdən imtina etdiyi üçün vəhşicəsinə döyülüb

Hadisə hüquq-mühafizə orqanlarından gizlədilir. Əsgər E.Kolonyan saxta soyuqdəymə diaqnozu ilə tibb məntəqəsinə yerləşdirilib və komandanlıq tərəfindən tələb olunur o şikayət etməsin.

Ordu.az

 

Mənbə: ordu.az