Türkiyə ordusu 111 terrorçunu məhv etdi

Türkiyə ordusu 111 terrorçunu məhv etdi

Türkiyə təhlükəsizlik qüvvələri YPG/PKK terror təşkilatına 1-31 mart tarixlərində ağır zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilir ki, Türkiyə təhlükəsizlik əməkdaşları mart ayı ərzində 111 terrorçunu zərərsizləşdirib. Bir çox şəhərlərdə aparılan əməliyyat çərçivəsində şübhəli bilinən 73 nəfər saxlanılıb.

Qeyd edək ki, yanvar ayından martın sonuna kimi 67 terrorçu Türkiyə tərəfinə könüllü şəkildə təslim olub.

Mənbə: axar.az