Qubad İbadoğlu: Virus cərimələri 100 manatdan 5000 manatadək

Qubad İbadoğlu: Virus cərimələri 100 manatdan 5000 manatadək

“Hesab edirəm ki, koronavirusla bağlı tətbiq edilən qadağalar, cərimələr rüşvətxorluğun artımına gətirib çıxara bilər. Odur ki, soruşmaq istərdim, sizcə, maarifləndirmə yolu ilə əhalinin karantin rejiminin qaydalarına əməl etməsinə nail ola bilərikmi?”

Bu barədə Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu facebook səhifəsində yazıb.

"Azərbaycan manatının sabitliyini saxlamaq əvvəlki qədər asan olmayacaq"

Onun sözlərinə görə, virus vergisinin (Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsait nəzərdə tutltur-red) toplanması başa çatmamış aprelin 5-dən virus cərimələri gələcək.

Belə ki, martın 17-də İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliyə görə, karantin rejiminin pozulmasına görə, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Hüquqi şəxslərlərə gəlincə, onlar da 2000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcəklər.

Koronavirus cərimələri

“Yəqin ki, aprelin 5-dən tətbiqinə başlanacaq bu cərimələrin də 25 faizi stimullaşdırma fonduna yönəldilər. Bu da daha çox cərimə yazılmasına gətirib çıxaracaq,” İbadoğlu qeyd edib.

Bununla yanaşı, martın 17-də Cinayət Məcəlləsində bununla bağlı müvafiq dəyişikliklər edilib. Həmin dəyişikliklərə görə, karantin rejiminin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda 2500 manatda 5000 manatadək cərimə, yaxud 2 ilədək, bu hal başqasının ölümü ilə nəticələnərsə, onda 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Koronavirus cərimələri

“Deməli getdikcə koronavirus məhbuslarının sayı artacaq. Fikirləşirəm ki, bəxtimiz gətirib ki, Avropa Şurasına üzv ölkə olduğumuza görə, Azərbaycanda ölüm hökmü ləğv olunub,” o facebook səhifəsində yazıb.

Artıq, sosial şəbəkələrdə çoxsaylı insanlar cərimələr olunmaları ilə bağlı bildirşlər aldığını yazır.

Mənbə: www.amerikaninsesi.org