Merkelin karantin müddəti başa çatıb

Merkelin karantin müddəti başa çatıb

Almaniya kansleri Angela Merkelin karantin müddəti başa çatıb və o işə başlayıb. Azvision.az xəbər verir ki, bu barədə hökumət sözçüsü Steffen Saibert məlumat verib.

O bildirib ki, Merkelin üçüncü Covid-19 testi də neqativ çıxıb.

Qeyd edək ki, Merkel martın 22-dən karantində idi.

Kənan Məmmədov

Mənbə: azvision.az