Demek Akalından nazirə MÜRACİƏT

Demek Akalından nazirə MÜRACİƏT

Türkiyənin məşhur müğənnisi Demet Akalın Səhiyyə nazirinə müraciət edib.

SONXEBER.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, koronavirusa görə evdən çıxmayan və sosial şəbəkədə canlı yayımda konsert verən Demet Akalın son paylaşımı ilə diqqət çəkib.

Belə ki, o, Səhiyyə naziri Fəxrəddin Kocaya müraciət edərək ona inandığını bildirib: "Biz sizə inanırıq. "Bu dərmanı da tapdıq" deyəcəyiniz gün tez gəlsin. Qorxu və stress bizi məhv etdi. Qızım hər gecə dostlarıma "ölməyəcək ki" sualını verir. Övladlar önəmlidir. Allah hamımıza kömək olsun".

Aysel Yusifqızı
Sonxeber.az

Mənbə: sonxeber.az