Koronavirusdan sağalan şahzadə XƏSTƏXANA AÇILIŞINDA

Koronavirusdan sağalan şahzadə XƏSTƏXANA AÇILIŞINDA

Koronavirus epidemiyasından əziyyət çəkən və 7 günlük karantin rejimindən çıxan Şahzadə Çarlz, bu gün tibb müəssisənin açılışını edəcək.

SONXEBER.AZ xarici mətbuata istinadən xəbər verir ki, Şahzadə Çarlz, İngiltərədə koronavirusun yayılmasının qarşısını almaq üçün Milli Səhiyyə Xidməti tərəfindən qurulan 4000 yataqlı müvəqqəti "NHS Nightingale" xəstəxanasının açılışını video görüntü vasitəsi ilə həyata keçirəcək.

Şotlandiyadakı evində olan 71 yaşlı şahzadə ötən gün videogörüntü vasitəsilə xəstəlik prosesindən danışaraq bunun "əsəbləri korlayan və darıxdırıcı bir təcrübə" olduğunu deyib.

F.Ağayeva
Sonxeber.az

Mənbə: sonxeber.az