Türkiyə Prezidenti ilə Avropa İttifaqı Şurası Prezidenti arasında telefon danışığı olub

Türkiyə Prezidenti ilə Avropa İttifaqı Şurası Prezidenti arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, telefon söhbətində yeni növ koronavirusa qarşı mübarizə ilə bağlı əməkdaşlıq və Türkiyə-Aİ əlaqələri müzakirə olunub.

 

Mənbə: apa.az