Tramp COVID-19 xəstələri ilə mümkün təmasından danışdı

Tramp COVID-19 xəstələri ilə mümkün təmasından danışdı

ABŞ prezidenti Donald Tramp bildirib ki, onunla görüşən şəxslərdən kimlərinsə koronavirusa yoluxması ehtimalı onu narahat etmir.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

"Yox, bu məni həyəcanlandırmır", - Tramp jurnalistlərə deyib.

Qeyd edək ki, Tramp bir gün əvvəl koronavirus testi verib. Tibbi yoxlamanın nəticəsi mənfi olub.

Bu, ABŞ prezidentinin koronavirusla bağlı ikinci testi idi. Tramp birinci testdən martın 14-də keçib. Növbəti gün onun nəticələri mənfi olub.

ABŞ-da koronavirusa yoluxanların sayı 257 min nəfərdən çoxdur. Birləşmiş Ştatlarda 6,5 min nəfər COVID-19 infeksiyasının qurbanı olub, 9,3 min xəstə sağalıb.

Mənbə: report.az