Pentaqon 20 min əsgəri səfərbər etdi

Pentaqon 20 min əsgəri səfərbər etdi

Milli Qvardiyanın təxminən 20 min əsgəri ştatların rəhbərliyinə yardım etmək üçün təlimatlandırılıb.

Axar.az xəbər verir ki, bu barədə Pentaqonun məlumatında deyilir.

“Əlavə tibbi heyətin yaradılması, tibbi vasitələrin və qidaların daşınması, paylanması üçün qvardiyanın 19 min 700 əsgəri səfərbər olub”, - deyə bildirilib.

Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma sayına görə birinci yerdədir. Ölkədə 274.987 nəfər (son sutkada 30.110) koronavirusa yoluxub. Son sutkada 994 nəfər (ümumi 7.065 nəfər) bu virusdan ölüb.

Mənbə: axar.az