Türkmənistan prezidenti koronavirusla bağlı büdcəyə yenidən baxmağı tapşırıb

Türkmənistan prezidenti koronavirusla bağlı büdcəyə yenidən baxmağı tapşırıb

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətə büdcəyə yenidən baxılması ilə bağlı təkliflər hazırlamağı tapşırıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, 2020-ci ilin birinci rübünün nəticələrindən sonra hökumətin geniştərkibli iclasında president koronavirus pandemiyasının səbəb olduğu qlobal böhranın Türkmənistana mənfi təsirini azaltmaq üçün müvafiq tədbirlərə xüsusi diqqət yetirməyi tapşırıb.

 

Mənbə: apa.az