Böyük dövlətdir, fikrindən döndərə bilmirik... - Lukaşenko

Böyük dövlətdir, fikrindən döndərə bilmirik... - Lukaşenko

Ukrayna yaxın zamanlarda MDB-nin tərkibinə qayıtmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Dövlət başçısı bildirib ki, ölkə öz taleyini başqa vektora – Avropa Birliyi, NATO və ABŞ-a bağlayıb və onu bu yoldan döndərmək asan olmayacaq:

“Ukrayna bu müddətdə bizim birliyimizə qayıtmayacaq. Bu gün çoxları Ukraynada AB, NATO və ABŞ-a tərəf çevrilib. Böyük dövlətdir, döndərmək asan olmayacaq. Ən əsası da Ukraynada elə bir tendensiya yoxdur ki, bizə tərəf istiqamətlənsinlər. Üstəlik, onlar görürlər ki, bu ittifaqda, o cümlədən Belarus-Rusiya ittifaqında nələr baş verir... Çoxları deyir: "Əgər siz ruslar, belaruslar – eyni kökdən olan xalqlar razılığa gələ bilmirsinizsə, onda bizim orada nə işimiz var?" Bax, beləcə Ukrayna siyasətçiləri də düşünürlər”.

Mənbə: axar.az