Koronavirusla mübarizə üçün könüllülər işə götürülür - mer göstəriş verdi

Koronavirusla mübarizə üçün könüllülər işə götürülür - mer göstəriş verdi

Nyu-Yorkda tibb müəssisələrində işləmək və koronavirusla mübarizədə kömək etmək istəyən könüllü həkimlərin işə götürülməsi ilə bağlı məlumatlar yayılıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

“Bütün tibb işçilərinin nəzərinə! Nyu-York şəhəri kadr çatışmazlığı yaşayan tibb müəssisələrinə dəstək olmaq üçün müvafiq lisenziyası olan tibb mütəxəssislərini axtarır” deyilib.

Peşələrdən əlavə, şəhərdə kömək etmək istəyən bir sıra könüllülərin də elanı verilib. Səlahiyyətlilərin tələbi ilə, onların yaşı 50-dən çox olmamalı, tənəffüs xəstəlikləri və xroniki xəstəliklərin əlamətləri aşkar edilməməlidir.

Ayrıca şəhər rəsmiləri də bildiriblər ki, klinikaların tibb işçiləri üçün maddi yardım göstərəcəklər.

Nyu-York meri Bill de Blasio “Gələn həftə yeni koronavirus pandemiyasının başlanmasından bəri şəhər üçün ən ağır olacaq” deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə şəhərdə mexaniki havalandırma qurğularından istifadə riski yaranır və gələn həftə xəstəxanalar kəskin bir mütəxəssis çatışmazlığını yaşayacaq.

Nyu-Yorkda Amerika Johns Hopkins Universitetinin məlumatına görə, 57 mindən çox yoluxma hadisəsi qeydə alınıb, 1562 nəfər ölüb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az