ABŞ neftin qiymətinin bahalaşmasını istəmir

ABŞ neftin qiymətinin bahalaşmasını istəmir

ABŞ-ın Energetika naziri Den Bruyett Ağ Evin neft hasilatını azaltmaq üçün Səudiyyə Ərəbistanı və Rusiya ilə danışıqlar aparmadığını söyləyib. Azvision.az xəbər verirki, bu barədə "Reuters" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Nazirin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bir neçə gündən sonra Ər-Riyad və Moskva arasında razılaşmanın bağlanmasına nikbin baxır.

Mənbə bildirib ki, Ağ evin rəhbəri artıq Bruyettə və ABŞ-ın Maliyyə naziri Stiven Mnuçinə enerji sektorundakı likvidliyi dərhal artırmaq üçün tədbirlər hazırlamağı tapşırıb.

Qeyd edək ki, bazardakı dalğalanmalar martın 6-dan OPEK + iclasında iştirak edən ölkələrin vahid bir qərara gələ bilmədiyi vaxtdan başlayıb. Razılaşmanın uğursuzluğundan sonra neftin qiyməti 30% ucuzlaşıb.

Mənbə: azvision.az