Hərbi jurnalist Şəmistan Əlizamanlı ilə Aprel döyüşləri xatırlanacaq

Hərbi jurnalist Şəmistan Əlizamanlı ilə Aprel döyüşləri xatırlanacaq

Bakı, 4 aprel, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi #senetinledestekle çağırışının bugünkü 4 proqramını xalqımızın hərb tarixinə “Aprel müharibəsi” kimi daxil olmuş, Azərbaycan Milli Ordusunun, Silahlı Qüvvələrimizin igidlik və rəşadət rəmzi olan Aprel döyüşlərinə həsr edir.

İdarədən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə proqramda hərbi-vətənpərvərlik mövzusu işıqlandırılacaq, daim teleekranlarda səsini və cəbhə xəttindən xəbərlərini izlədiyimiz, əsgərlərimizi, qəhrəmanlarımızı vəsf edən mahnılarını dinlədiyimiz hərbi diktor, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin təbliğinə dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı evindən #senetinledestekle deyib canlı yayıma çıxacaq.

Hər kəsi #evdeqal-ıb saat 17.00-da Baş İdarənin @bakimedeniyyetidaresi "Instagram" hesabından hərbi jurnalist Şəmistan Əlizamanlı ilə canlı ünsiyyətə qoşula bilər.

Mənbə: azertag.az