Cənubi Koreya vətəndaşlar arasında ara məsafəsini saxlamaq tövsiyəsini iki həftəyədək uzadıb

Cənubi Koreya vətəndaşlar arasında ara məsafəsini saxlamaq tövsiyəsini iki həftəyədək uzadıb

Bakı, 4 aprel, AZƏRTAC

Koronavirusun yayılma sürətinin azalmasına baxmayaraq hələ də davam edən yoluxma hallarının fonunda Cənubi Koreya hakimiyyəti bu gün vətəndaşlar arasında ara məsafəsini saxlamaq tövsiyəsini iki həftəyədək uzadıb.

AZƏRTAC EFE agentliyinə istinadən xəbər verir ki, bu tövsiyə artıq 3 aydır davam edir.

“Müvəqqəti olaraq ara məsafəsi saxlamaq kompaniyasını davam etdirməkdən başqa əlacımız yoxdur. Seulun tətbiq etdiyi məsafə saxlamaq siyasəti ABŞ və Avropada müşahidə olunan yoluxma halları ilə müqayisədə təhlükəsiz bir ölkəyə çevrilməsinə zəmin yaratmışdır”, - deyə Cənubi Koreyanın Baş Naziri Chung Sye-kyun bildirib.

Bu tövsiyə insanların daha çox toplaşdığı kilsə və təhsil müəssisələrində baş verəcək yeni yoluxma hallarından qaçmaq cəhdidir.

Koreyanın İnfeksion Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin verdiyi məlumata görə, ölkədə son sutka ərzində 96 yoluxma halı qeydə alınıb. Ümumilikdə 10 min 156 nəfər bu xəstəlikdən əziyyət çəkir.

Mənbə: azertag.az