Rusiyadakı ermənilər kütləvi şəkildə geri qayıdır - 800 nəfər səfirliyə müraciət etd

Rusiyadakı ermənilər kütləvi şəkildə geri qayıdır - 800 nəfər səfirliyə müraciət etd

Ermənistanda koronavirusun sürətlə artdığı şəraitdə Rusiyadakı Ermənistan vətəndaşları da ölkələrinə qayıtmaq üçün müraciət ediblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, 800-dən çox erməni Ermənistanın Rusiyadakı səfirliyinə belə bir müraciət ünvanlayıb. Səfir Vardan Toqanyan deyib ki, əslində Ermənistana qayıtmaq arzusunda olanların sayı xeyli çoxdur. Aprelin 3-də məlum olub ki, “Domodedovo” aeroportunda Ermənistanın 18 vətəndaşı ölkəsinə dönmək üçün gösləyir. Onların xahişindən sonra ermənilər yaxınlıqdakı mehmanxanaya yerləşdirilib. Bildirilib ki, Moskva-İrəvan çarter reysi yalnız 6 apreldə olacaq. Təyyarə geriyə sərnişinsiz qayıdacaq. Səfir bildirib ki, qısamüddətdə xeyli vətəndaş Ermənistana aparılmaları üçün səfirliyə zəng edib. Ancaq təyyarə yalnız 220 sərnişini apara biləcək.

Qeyd edək ki, Ermənistandakı acınacaqlı durumdan xilas olmaq üçün ötən illərdə on minlərlə erməni Rusiyaya üz tutmuşdu. Təkcə hərbi xidmətdən boyun qaçırıb Rusiyaya qaçan erməni gənclərin sayı on mindən çox idi.

Mənbə: sherg.az