Livan İsraildən BMT-yə şikayət etdi

Livan İsraildən BMT-yə şikayət etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Livan Xarici İşlər Nazirliyi, matın 31-də qonşu Suriyaya Livan hava məkanından hücum edən İsrail rejiminin hərəkətlərindən BMT Təhlükəsizlik Şurasına şikayət edib.

“İsrail rejiminin Suriya ərazisinə zərbə endirmək üçün Livan hava məkanına soxulması Livan suverenliyini kobud şəkildə pozulmasıdır və mülki əhali üçün birbaşa təhlükədir”, - deyə Livan XİN bildirib.

Livan Xarici İşlər Nazirliyi, İsrail rejiminin təhlükəsizlik pozuntusunu "bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə etdiyi bir vaxtda" baş verdiyinə diqqət çəkərək, "gündəlik xarakter daşıyan" hava və dəniz məkanına İsrail işğallarına son verilməsini tələb edib.

Mənbə: TASS

Mənbə: eastnews.org