Ölən erməni hərbi qulluqçu evin böyüyü olub - DETALLAR

Ölən erməni hərbi qulluqçu evin böyüyü olub - DETALLAR

Xəbər verdiyimiz kimi, Ermənistanın işğal altında olan Qarabağda dislokasiya olunan hərbi hissələrinin birində aprelin 3-ü saat 00:35 radələrində erməni hərbi qulluqçu 2000-ci il təvəllüdlü Qareqin Kamo Babakexyan ölümcül güllə yarası alıb. Ordu.az xəbər verir ki, Ermənistanın Kotayk vilayətinin rəhbəri Romanos Petrosyan “Facebook” səhifəsində ölən əsgərin Abovyan şəhərindən olduğunu bildirib.
O qeyd edib ki, ölən erməni əsgər evin böyüyü olub: “Az əvvəl atası dərin kədər hissi ilə öyrəndi. Öyrəndik ki, atasını iş yerindən çağırıblar, şəhər başçısı və hərbi komissar bildiriblər”.
Abovyan icmasının rəhbəri Vahaqn Gevorqyanın sözlərinə görə, Qareqin 1 il əvvəl orduya çağırılıb.
“Ailədə 3 uşaq idilər. O, böyüyü idi, səhv etmirəmsə, digərlərinin 12, 16 yaşları var. Gənc ailədirlər, həyat yoldaşları ilə işləyirlər. Atasının 42 yaşı var, iş yerindən çağırdıq, hərbi komissarla məlumat verdik. Yəqin ki, bu gün axşam meyiti gətirəcəklər”, - deyə Gevorqyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az