"Qırmızı Aypara Cəmiyyəti bu ağır gündə nə ilə məşğuldur, yığdığı pullar nəyə xərclənib..?"

"Qırmızı Aypara Cəmiyyəti bu ağır gündə nə ilə məşğuldur, yığdığı pullar nəyə xərclənib..?"

Dəyərli jurnalistimiz Hidayət Elvüsala təşəkkür edirəm. Bilirsiniz nəyə görə? Yadımıza saldı ki, Azərbaycanda Qızıl Aypara Cəmiyyəti deyilən bir təşkilat var. Onun da sədri bəstəkar, MM - in daimi deputatı Novruz Aslandır. Özü də tanınmış bir nəslin nümayəndəsidir. Ancaq bunun mənə heç bir dəxli yoxdur! Hardadır bu adam? Başçılıq etdiyi qurum bu ağır gündə nə ilə məşğuldur? Qırmızı Aypara Cəmiyyətinin bu vaxta qədər susması yolverilməzdir. Cəmiyyətdən yığdığı pullar nəyə xərclənib?

Vaqif Əlisoy, Qarabağ Qazisi

Xatırladaq ki, tanınmış jurnalist Hidayət Elvüsal Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqqında aşağıdakı fikirləri bildirib:

"Sel gəldi, camaatın yurd-yuvasını yudu - görünmədi.

Torpaq uçqunları baş verdi - görünmədi.

Bir sözlə, varlığını hiss etmədik.

İndi də bu koronavirus - görünmür.

Halbuki, hamıdan, hər kəsdən qabaq bu qurum hadisələrin mərkəzində olmalı idi.

QIRMIZI AYPARA CƏMİYYƏTİ ni deyirik.

Ona rəhbərlik edən Novruz Aslana hörmətimiz var. Gözəl bəstəkardır, unudulmaz həmkarımızın övladıdır.

İndi desələr ki, filan-filan işləri görmüşük, sizin xəbəriniz yoxdur - keçməz. Bu cəmiyyət gizli xidmət servisi deyil. Xəbər verilməlidir və hadisələrin mərkəzində olmalıdır. Çünki, bu qurum məhz belə ekstremal hadisələrdə fəaliyyət göstərmək üçün yaradılıb, gizlənmək üçün yox!

Mənbə: moderator.az