Ruhani: "Koronavirus il sonuna qədər davam edə bilər"

Ruhani: "Koronavirus il sonuna qədər davam edə bilər"

"Koronavirus qarşıdan gələn aylarda və hətta ilin sonuna qədər bizimlə qala bilər".
Yeniavaz.com xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani paytaxt Tehranda təşkil edilən Koronavirusla Milli Mübarizə Komissiyasının brifinqində çıxış edərkən deyib.

Virusun nə zaman tamamilə yox olacağının məlum olmadığını vurğulayan Ruhani, tətbiq edilən məhdudiyyətlərin də ilin sonuna qədər (İran təqviminə görə 20 Mart 2021-ci il) qüvvədə qalacağını diqqətə çatdırıb.

"İstehsal mərkəzləri və fəaliyyətlərini davam etdirməli olan iş yerləri də sağlamlıq protokollarına əməl etməlidirlər. Qarşıdakı yol qısa olmadığı üçün bir sıra məhdudiyyətlər ola bilər. Bu təkcə İranla əlaqəli deyil, dünyanı narahat edən qlobal problemdir" - deyə, Ruhani qeyd edib.

İlahə Hüseynova

Mənbə: www.yeniavaz.com