İtaliyanın koronavirusla mübarizədəki səhvləri sadalandı

İtaliyanın koronavirusla mübarizədəki səhvləri  sadalandı

Rus həkim İtaliyanın COVID-19 ilə mübarizədəki səhvlərindən danışıb. İtaliyada infeksiyanın sayının kəskin artmasına səbəb olan koronavirusla mübarizə üçün vaxtında tədbirlər görülməməsidir. SİA RenTv-yə istinadən xəbər verir ki, müvafiq açıqlama Sankt-Peterburqdakı Paster Rospotrebnadzor Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun direktor müavini Aleksandr Semenov tərəfindən verilib.

"İtaliyada ən az üç həftə gecikiblər. Bunu necə edildiyini gördük. İndi vəziyyəti iki həftə əvvəlkindən daha çox başa düşdük" deyə “Kommersant” nəşri Semenovdan sitat gətirir.

İtalyanlar özləri də çox asta bir şəkildə karantinə uyğunlaşdılar. Vətəndaşların xeyli hissəsi təhlükəsizlik tədbirlərinə əməl etməyib.

"Dünən mütəxəssislərimiz Berqamonun yaxınlığındakı yaşlılar üçün internat evində çalışıblar. İnternat evinin 120 sakinindən 50-si ölüb və 60-a yaxın insan da koronavirusa yoluxub" dedi Semenov bildirib.

Xatırladaq ki, dekabrın 31-də Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına Uhan şəhərində naməlum pnevmoniya növü haqqında məlumat verib. COVID-19-un törədicisi yeni koronavirus SARS-CoV-2 olub. Martın 11-də ÜST vəziyyəti pandemiya kimi tanıyıb.

Son hesablamalara görə, dünyada demək olar ki, 1,1 milyon insan yoluxub, 58 mindən çox insan ölüb.

Mənbə: sia.az