“HRW”: Ermənistanda koronavirusla bağlı qanunlar insanların şəxsi həyatının toxunulmazlığı hüququnu məhdudlaşdırır

“HRW”: Ermənistanda koronavirusla bağlı qanunlar insanların şəxsi həyatının toxunulmazlığı hüququnu məhdudlaşdırır

31 mart 2020-ci ildə Ermənistan parlamenti koronavirusla mübarizədə virusa yoluxma hallarını aşkar etmək üçün mobil telefonların istifadəsinə nəzarət edilməsi sahəsində geniş səlahiyyətlər verən düzəlişləri qəbul edib. Ordu.az xəbər verir ki, bu barədə “Human Rights Watch” hüquq müdafiəsi təşkilatı tərəfindən açıqlama verilib.

“Human Rights Watch” təşkilatının Avropa və Orta Asiya üzrə direktoru Qeorqi Qoqia bildirib ki, Ermənistan hökuməti ictimai səhiyyə sahəsində fövqəladə vəziyyətlə üzləşir və texnologiya sağlamlıq mesajlarının yayılmasında və tibbi xidmətə çıxışın açılmasında əsas rol oynayır.

Ermənistan hakimiyyəti bu tədbirlərin tətbiqinin insan hüquqlarının pozulmasına yol açmaması üçün tədbirlər görməlidir.

“Human Rights Watch” təşkilatı hesabatında hökumətin ayrı-ayrı şəxslərin telefon danışıqlarının məzmununa müdaxilə olmayacağını iddia etdiyi, lakin onlara verilən məlumatların şəxsi davranışları, ünsiyyətləri və fəaliyyətləri kimi hallar, olduğu yerlər haqqında məlumatların ola biləcəyi ehtimal edilir.

Hesabata görə, eyni şərtlərdə şəxsi həyatın məxfilik hüququnun məhdudlaşdırılmasına icazə verilsə də, hökumət bu məhdudiyyətlərin qanuni, zəruri və mütənasib olmasını təmin etməlidir.

“Qanun fövqəladə vəziyyətin sona çatmasından sonra toplanan məlumatların məhv edilməsini tələb edir”, - deyə bəyanatda qeyd edilir.

“Hökumət məlumatların sızması riskini minimuma endirən və insanların rəqəmsal təhlükəsizliyini qorumaq üçün ciddi təhlükəsizlik protokolları qurmalıdır”, - deyə “Human Rights Watch” təşkilatı bəyan edib.

Nəşrin yazdığına görə, Ermənistanın İnsan Hüquqları Müdafiəçisi də qanunda insan hüquqları üçün lazımi təminatların olmamasından narahatdır.

“Ermənistanın Konstitusiyası telekommunikasiya və tibbi informasiya sahəsində şəxsi həyatın məxfilik hüququnu qoruyur. Beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı da şəxsi həyata, ailəyə, evə və ya yazışmaya özbaşına və ya qanunsuz müdaxilədən qoruyur”, - deyə açıqlamada qeyd olunub.

Qoqia bildirib ki, effektiv bir cəmiyyətin sağlamlığına cavab üçün lazım olan etimadı sarsıtmamağa görə, bunu necə davam etdirəcəklərini izah etməlidirlər.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az