Türkiyə Yunanıstana cavab verdi

Türkiyə Yunanıstana cavab verdi

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy Yunanıstan Baş Naziri Kiryakos Miçotakisə cavab verib.

Hami Aksoy açıqlamasında bildirib ki, Türkiyə etdiyi təklifin üzərində qalmağa davam edir.
"Ölkəmizdəki miqrantları Yunanıstan öz ölkəsinə qəbul edə bilər. Avropa İttifaqı da miqrantlara ayırdığı pulu Yunanıstana verə bilər. Biz də qonşu olaraq əlimizdən gələn köməyi etməyə hazırıq", - deyə Hami Aksoy diqqətə çatdırıb.
Qeyd edək ki, Yunanıstan Baş Naziri Kiryakos Miçotakis Yunanıstanın Türkiyədən gələn miqrantları qəbul etmək məcburiyyətində olmadığını bəyan etmişdi.

Mənbə: Habertürk

Mənbə: eastnews.org