Erməni ictimai xadim: “Bu qədər yoluxanların və ölənlərin günahkarı Paşinyandır”

Erməni ictimai xadim: “Bu qədər yoluxanların və ölənlərin günahkarı Paşinyandır”

“Nikol Paşinyan epidemiya nəticəsində nəhayət arzuladığı “misilsiz” vəziyyəti yaratmağa müvəffəq olub”. Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Media müdafiəçisi” təşəbbüsünün rəhbəri Ağasi Yenokyan öz “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, Pandemiyanın bütün dünyada yayılmasına və mütəxəssislərin xəbərdarlıqlarına baxmayaraq, Paşinyan monopoliyanın möhkəmləndirilməsi, konstitusiya sisteminin ləğvi ilə məşğul idi.
“Bu vəziyyətin, epidemiyanın bənzər miqyaslarının, bu qədər yoluxanların və ölənlərin günahkarı bir nəfərdir. Və bu adamın adı Nikol Paşinyandır”, - deyə Yenokyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az