“The Nation”: Koronavirus epidemiyasından Pentaqonun bir neçə il öncə xəbəri olub

“The Nation”: Koronavirus epidemiyasından Pentaqonun bir neçə il öncə xəbəri olub

“2017-ci ildə ABŞ Müdafiə naizlirliyi Ağ Evi virus xəstəlikləri pandemiyasının baş alıb gedəcəyi, habelə ölkədə ventilyator, maska və xəstəxana çarpayılarının çatışmazlığı olacağı barədə xəbərdarlıq edib”

Musavat.com xəbər verir ki, bu məlumat həftəlik “The Nation” jurnalında yayılıb.

“Prezident Trampın COVİD-19 epidemiyasını “gözlənilməz” və “hardan gəldiyi bilinməyən” kimi qələmə verməsinə rəğmən, Pentaqon nəinki yeni tip qripin təhlükəsinin fərqində olub, hətta ölkənin buna hazırlaşması barədə xüsusi raport da hazırlayıb”,-deyə məqalədə qeyd edilir.

2017-ci ildə tərtib olunan sənəddə hətta koronavirus adı keçir və bu cümlədə təsvir olunub: “Koronaviruslu infeksiyalar artıq bütün dünyada yayılıb”

Qeyd olunur ki, sənəd özü “Pandemiya xarakterli qrip və infeksiya xəstəliklərinə reaksiya planı” adlanır və “Yalnız rəsmi istifadə olunması üçün” qrifi qoyulub.

Plan özü “The Nation” a Pentaqonda çalışan yüksək rütbəli məmur tərəfindn anonim şəkildə təqdim olunub.

ABŞ Müdafiə nazilriyinin Kəşfiyyat idarəsinin İnfeksiya xəstəlikləri və əks-tədbirlər bölməsinin keçmiş rəisi (2014-2017) Denis Kaufman da xüsusi xidmət orqanlarının koronavirusların törədə biəcəyi təhlükələr barədə əvvəldən informasiyaları olduğunu deyir. O, bununla bağlı yuxarı dairələri ən az 5 il xəbərdar etdiyini diqqətə çatdırıb.

Planda diqqət çəkən məqam yüksək dəqiqliklə Birləşmiş Ştatlarda tibbi ləvazimatların, fərdi mühafizə vasitələrinin, avadanlıqların çatışmazlığı barədə göstərilən rəqəmlərdir. Sənəd müəllifləri həmin halın ölkədə on minlərlə insanın ölümünə yol açacağını vurğualyıblar.

103 səhfəlik məruzədə pandemiyaya gətirib çıxaracaq səbəblər barədə geniş icmal verilir. Sənədin məxfi informasiyalar daşıyan hissəsi isə onun əlavələr bölümündə yerləşdirilib və “The Nation” həmin bölmələri əldə edə bilməyib.

Müdafiə nazirliyi dünyada peyvəndin hazırlanması ilə bağlı amansız rəqabət yaşanacağına, habelə onun hər kəs üçün əlçatan olmayacağına dair proqnozlarını da burada yerləşdirib.

pia.az

Mənbə: pia.az