Rusiyanın İrəvandakı səfirliyi qarşısında ermənilər etiraz aksiyası keçirdi - VİDEO

Rusiyanın İrəvandakı səfirliyi qarşısında ermənilər etiraz aksiyası keçirdi  - VİDEO

Moderator.az erməni mediasına istinadən xəbər verir ki, aprelin 4-də İrəvandan Rusiyaya təxirə salınan təyyarə reysinə görə bir qrup insan Rusiyanın Ermənistandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Qeyd edək ki, dünən də sərnişinlər hava limanında etiraz aksiyası keçiriblər.

"Bu gün bizi səfirliyə dəvət etməli idilər, amma heç kim bizə baxmır"- etirazçılardan biri deyib.

"Biz Rusiya vətəndaşlarıyıq. Burada ailələri Rusiya Federasiyasında qalan insanlar var, sadəcə evlərinə qayıtmalıdırlar, ancaq bunu edə bilmirlər, çünki bəzi rəsmilər belə qərar veriblər. Niyə rusiyalılara belə münasibət göstərirsiniz? Paşinyan vətəndaşlarını aprelin 6-da Ermənistana qaytarır və Rusiya Federasiyası vətəndaşlarının qeydinə qalmır. Yəni Rusiya anti-demokratık ölkədir".

Mənbə: moderator.az