“Koronavirusla mübarizədə Britaniya təcrübəsindən istifadə mümkündür”

“Koronavirusla mübarizədə Britaniya təcrübəsindən istifadə mümkündür”

Azad İsazadə: “Qarabağ müharibəsində də könüllü həkimlərin xidmətindən istifadə praktikası olub”

Koronavirusepidemiyasının sürətlə yayılması bütün dünyada həkimlərə olan tələbatı kəskin şəkildəartırmaqdadır. Artıq ABŞ, Böyük Britaniya kimi bəzi ölkələr bu problemi həlletmək üçün təqaüddə olan həkimlərə, tibb işçilərinə çağırışlar etməkdə, onlarıkoronavirusla mübarizəyə dəstək verməyə səsləməkdədir.

Bəs ölkəmizdə necə, tələbatyaranarsa istər mülki, istərsə də hərbi həkimlərin könüllülük prinsipi əsasındageri çağırılması həyata keçirilə bilərmi?

Moderator.az-a açıqlamaverən hərbi ekspert Azad İsazadə bunun tamamilə mümkün olduğunu vurğuladı:

“Qarabağ müharibəsi vaxtıhərbi həkim çatışmırdı deyə, mülki həkimlər könüllü şəkildə hərbi tibbiyardımda iştiak edirdi. Könüllülk əsasında ön xəttə gələn cərrahlar,travmatoloqlar var idi və mən özüm də onlarla rastlaşmışam. Onların arasındaMilli Qəhrəmanlar da var. Döyüşlər zamanı şəhid olan həkimlərimiz də olub. Yənibelə praktika var.

Epidemiya vaxtı həkimlərdəndaha da çox orta tibb işçilərinə tələbat olur. Tibb bacıları, feldşerlər və s.bu qəbildəndir. Britaniya təcrübəsinə baxsaq görərik ki, pensiyadakı tibbiişçiləri könüllülük prinsipi əsasında koronavirusla mübarizəyə cəlb ediliblər. Məqsəd70 minə qədər tibb bacısı və 30 min həkimin koronavirusla mübarizədə iştirakınıtəmin etməkdir. Yəni bir həkimə 2-3 tibb işçisi düşür. Tibb işçiləri xəstələrlə daha çox ünsiyyətdə olduqlarıüçün onların virusa yoluxma ehtimalı da yüksəkdir.

Yəqin ki, belə birehtiyac yaransa, biz də bu təcrübədən istifadə edə bilərik. Lakin ümid və arzu edirəmki, bizdə buna ehtiyac yaranmayacaq”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az