Pan Gi Mun: Trampın bunu etməsi yolverilməzdir...

Yeni tip koronavirusa görə Çini günahlandırmağın heç kimə faydası yoxdur.

Axar.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) 8-ci baş katibi Pan Gi Mun Rusiya mətbuatına açıqlamasında deyib.

O bildirib ki, ABŞ Prezidenti Donald Trampın pandemiyanı “Çin virusu” adlandırması və İngiltərədə bəzi siyasətçilərin Çini günahlandırması yolverilməzdir:

“Yalnız bir ölkə virusla mübarizə aparmaq gücündə deyil. İndiki dövrdə kimisə günahlandırmaq beynəlxalq səviyyədə probleminin həllini əngəlləyir. Düşmənçilik deyil, ölkələrin bir-biri ilə məlumat mübadiləsi aparması epidemiyanı aradan qaldıra bilər. Dövlətlər arasında daha yaxın koordinasiya və dəstək olmalıdır”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Təhlükəli virus nələrdə və hansı temperaturda daha çox yaşayır? - SİYAHI

SONRAKI XƏBƏR

Bu tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək