ABŞ ordusunu İraqdan çıxarır: Daha bir hərbi baza boşaldıldı

ABŞ ordusunu İraqdan çıxarır: Daha bir hərbi baza boşaldıldı

ABŞ İraqın Əl-Ənbar vilayətindəki “Əl-Takaddum” hərbi bazasını içindəki 3,5 milyon dollarlıq hərbi texnika ilə birgə İraq ordusuna təhvil verib.

Axar.az xəbər verir ki, bununla ABŞ-ın İraq ordusuna təhvil verdiyi bazaların sayı 4-ə yüksəlib.

ABŞ rəhbərliyindəki anti-İŞİD koalisiyasına bağlı qərargahdan bildirilib ki, 2020-ci il ərzində koalisiya İraqdakı bir çox bazadan heyətini və texnikasını çıxaracaq:

“İraq təhlükəsizlik qüvvələri artıq İŞİD-ə qarşı “İraq qəhrəmanları” və “Zəfər iradəsi” kimi, müstəqil şəkildə əməliyyatlar həyata keçirə bilər. Koalisiya İraq hökumətinin dəvəti ilə buradadır və İŞİD-lə mübarizədə taktiki dəstəyini davam etdirəcək”.

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Barak Obama 2015-ci ildə İŞİD-lə mübarizə çərçivəsində ABŞ ordusunun “Əl-Takaddum” hərbi bazasına yerləşdirilməsi üçün göstəriş vermişdi.

Mənbə: axar.az